Məşhur satış platformasına qarşı araşdırma başlanıldı
Avropa Komissiyası, Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində Çinin sürətli moda onlayn platforması "Shein" ilə bağlı rəsmi araşdırma başladıb.
Ajans.az xəbər verir ki, araşdırma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində "Shein"in qanunsuz malların satışı, məhsul tövsiyə sistemində şəffaflıq və istifadəçilərdə asılılıq yaradan loyallıq sistemini yoxlayacaq.
Fransada qalmaqal mətbuatda yayılaraq "Shein"in fəaliyyətinin dayandırılmasına səbəb olub. Şirkət dərhal həmin məhsulları kataloqdan çıxarıb və satıcılart tərəfindən pozuntuların qarşısını almaq üçün alqoritmlər tətbiq edib.
Araşdırma, həmçinin platformanın Avropa standartlarına uyğunluğunu və istifadəçi məzmununu moderasiya etmək öhdəliklərinə əməl edib-etmədiyini də yoxlayacaq.
Mövzular: