Reklam resmi
Reklam resmi

Rusiyada Telegram tamamilə BAĞLANIR

Rusiyada Telegram tamamilə BAĞLANIR
Dünya

Telegram messencerinin Rusiyada 1 aprel tarixindən etibarən tamamilə bloklanacağı iddia edilir.

Ajans.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. İctimai səhifənin iddiasına görə, Roskomnadzor (RKN) həmin tarixdən etibarən messencerin Instagram və Facebook-a bənzər şəkildə tam bloklanmasına başlayacaq.

Məlumata əsasən, məhdudiyyətlər bütün Rusiya ərazisində tətbiq ediləcək. Bildirilir ki, tətbiq nə mobil şəbəkələr, nə də sabit internet vasitəsilə əlçatan olacaq.

Telegram-ın 1 aprel tarixindən etibarən bloklanacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirilməsi üçün müraciət edildikdə, Roskomnadzor “əlavə edəcək bir sözünün olmadığını” açıqlayıb.

Qurumun mətbuat xidməti RBC-yə də bildirib ki, “agentliyin bu məsələ ilə bağlı əvvəllər dərc olunmuş məlumata əlavə edəcək bir şeyi yoxdur”.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Telegram

Digər Xəbərlər