Reklam resmi
Reklam resmi

Tramp daha bir namizədini açıqladı

Tramp daha bir namizədini açıqladı
Dünya

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəhbəri vəzifəsinə həkim və ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Deyv Ueldonun namizədliyini irəli sürüb.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

"Keçmiş konqresmen Deyv Ueldonun CDC-nin direktoru vəzifəsinə namizəd göstərildiyini elan etməkdən məmnunam. Deyv Amerika ailə dəyərlərini başa düşür və inanıram ki, Deyv  şəffaflıq, bacarıq və yüksək standartlara diqqət yetirəcək", - deyə Tramp qeyd edib. 

Mövzular:
ABŞ Tramp Prezident Yeni Namizəd

Digər Xəbərlər