Reklam resmi
Reklam resmi

ABŞ-ın bazalarını vuracağıq - Əli Laricani

ABŞ-ın bazalarını vuracağıq - Əli Laricani
Dünya

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və Birləşmiş Ştatların bazalarını hədəf alacaq.

Ajans.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında cavab alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik.

Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm", - deyə o bildirib.

Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib, lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.

Mövzular:
İran Tehran Ali Milli Təhlükəsizlik Şurası Əli Laricani

Digər Xəbərlər