Reklam resmi
Reklam resmi

Qaz kəsiləcək - BU ƏRAZİLƏRDƏ

Qaz kəsiləcək - BU ƏRAZİLƏRDƏ
Cəmiyyət

Sabah Qubanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Ajans.az bildirir ki, bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qəçrəş kəndi istiqamətində istismarda olan orta təzyiqli qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu müddətdə Amsar kəndinin bir hissəsi, 1-ci Nügədi Abidə bir hissəsi, 2-ci Nügədi 9-məhəllə, Dəvədabanı yaşayış massivi, M.B.Tahirov, Ağamalı, Fətəli Xan bir hissəsi, Qəçrəş, Qımılqazma, Qırız-Dəhnə və Küsnətqazma kəndləri olmaqla ümumilikdə 3184 abonentin qaz təchizatında fasilə yaranacaq.

Mövzular:
Quba qaz kəsildi

Digər Xəbərlər