Reklam resmi
Reklam resmi

Pakistanda FACİƏ: HƏLAK OLANLAR VAR

Pakistanda FACİƏ: HƏLAK OLANLAR VAR
Dünya

Bu gün Pakistanın şimal-qərbində, Xayber Paxtunxva əyalətinin Bannu rayonunda motosikletə yerləşdirilmiş bomba partlayıb. Hadisə nəticəsində iki nəfər ölüb, 17 nəfər yaralanıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, ölənlər arasında bir uşaq da var. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis partlayışın mağazaların yaxınlığında baş verdiyini açıqlayıb. Ərazi mühasirəyə alınıb, təhlükəsizlik qüvvələri hadisə yerindədir və istintaq çərçivəsində dəlillər toplanır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan faciə

Digər Xəbərlər