Reklam resmi
Reklam resmi

Netanyahunun ofisində şübhəli məktub AŞKARLANIB

Netanyahunun ofisində şübhəli məktub AŞKARLANIB
Dünya

İsrail Baş naziri Binyamin Netanyahunun Qüdsdəki ofisinə çatdırılan şübhəli zərf təhlükəsizlik işçiləri arasında narahatlıq yaradıb.

Ajans.az Ynet-ə istinadən xəbər verir ki, yerli media hadisə ilə bağlı məlumat yayıb. Polis və yanğınsöndürmə briqadaları dərhal ofis binasına cəlb olunub.

Nəşr bildirir ki, Təhlükəsizlik və Fövqəladə Hallar Departamentinin mütəxəssisləri zərfi ilkin yoxlamadan keçirib və alınan yazışmaları emal ediblər. Yoxlamadan sonra ofis işçiləri üçün hər hansı təhlükə olmadığı barədə açıqlama verilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Binyamin Netanyahu

Digər Xəbərlər