Reklam resmi
Reklam resmi

Azərbaycanın məşhur aparıcısı karyerasına SON QOYDU

Azərbaycanın məşhur aparıcısı karyerasına SON QOYDU
Cəmiyyət
1173

Tanınmış aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.  

“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız verilişlə televiziya karyerama son qoydum. Əziz, azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm...”, - aparıcı qeyd edib. 

O, layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib. 

Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.

Mövzular:
İlhamiyyə Rza televiziya

Digər Xəbərlər