Reklam resmi
Reklam resmi

UEFA AFFA-ya bu qədər pul verdi

UEFA AFFA-ya bu qədər pul verdi
İdman

Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki çıxışına görə qazancı açıqlanıb.

Ajans.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun müvafiq dövr üçün maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, AFFA-nın hesabına 1 milyon 125 min avro (2 milyon 269 min manat) ödənilib.

Qeyd edək ki, Azərbaycan millisi 2024/2025 mövsümündə baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında C Liqasının 1-ci qrupunda 1 heç-heçə, 5 məğlubiyyət və 1 xalla sonuncu yeri tutub və D Liqasına yuvarlanıb. (Sportnet.az)

Mövzular:
AFFA UEFA pul

Digər Xəbərlər