ABŞ-də universitetdə ATIŞMA: HƏLAK OLANLAR VAR
ABŞ-da universitetlərdən birinin kampusunda baş verən silahlı insident nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Məlumata əsasən, fevralın 12-si axşam saatlarında Cənubi Karolina Dövlət Universitetinin yataqxana binasında atəş açılıb. Nəticədə iki nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Hadisənin yerli vaxtla təxminən saat 21:15-də (Bakı vaxtı ilə 06:15) baş verdiyi bildirilir.
Universitet rəhbərliyi hələlik həlak olanların şəxsiyyəti və yaralanan şəxsin vəziyyəti ilə bağlı rəsmi açıqlama verməyib. Faktla bağlı araşdırma aparılır.
Mövzular: