Reklam resmi
Reklam resmi

Avropa Parlamentində Xameneinin fotosunu CIRDILAR

Avropa Parlamentində Xameneinin fotosunu CIRDILAR
Dünya

Dünən İtaliyadan olan Avropa Parlamenti üzvü İzabella Tualieri İslam İnqilabının 47-ci ildönümü ilə bağlı çıxışı zamanı İran hakimiyyətini sərt tənqid edib.

Ajans.az xəbər verir ki, İran rejimi 47 ildir hakimiyyətini qorxu, işgəncə və özbaşına həbslər yolu ilə saxlayır.

Deputat Avropa Parlamentinin prezidentinə müraciət edərək vurğulayıb: “Bu Parlament İran xalqının səsini eşitməlidir”.

Çıxışının sonunda Tualieri İranın ali rəhbəri Əli Xameneinin fotosunu cırıb. Bu hərəkətinə görə ona iclasa sədrlik edən şəxs tərəfindən töhmət verilib.

İclas zamanı bir sıra deputatlar da İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasını dəstəklədiklərini bildiriblər. Onlar İranda davam edən repressiyalara diqqət çəkərək sanksiyaların gücləndirilməsini və İranla bağlı məsələlərin Haaqa Tribunalı da daxil olmaqla beynəlxalq məhkəmə instansiyalarına çıxarılmasını təklif ediblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa Parlamenti Əli Xamenei

Digər Xəbərlər