Tramp İrana XƏBƏRDARLIQ ETDİ
ABŞ-nin Prezidenti Donald Trump İranla razılaşmanın vacibliyini bir daha vurğulayaraq, Tehran bu prosesi rədd edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, bu barədə Interfax məlumat yayıb.
Ağ Evdə çıxışı zamanı Tramp bildirib:
“Biz razılaşma əldə etməliyik, əks halda vəziyyət son dərəcə ağrılı olacaq”.
ABŞ lideri qeyd edib ki, İranla razılaşma imzalamaq istəyi böyük olmasa da, bu addım obyektiv baxımdan zəruridir. Onun sözlərinə görə, əgər Tehranın təklif etdiyi şərtlər ədalətsiz və ya ABŞ üçün qəbuledilməz olarsa, Iran “çox çətin günlərlə” qarşılaşacaq.
Tramp həmçinin danışıqları zəruri hesab etdiyi müddətdə davam etdirməyə hazır olduğunu bildirib:
“Mən onlarla istədiyim qədər ünsiyyət qurmaq niyyətindəyəm və razılaşma əldə edə biləcəyimizi görəcəyik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın “bir ay ərzində” imzalana biləcəyini də istisna etməyib.