Reklam resmi
Reklam resmi

Azər Aydəmirə ayrılan 657 minlə bağlı RƏSMİ AÇIQLAMA

Azər Aydəmirə ayrılan 657 minlə bağlı RƏSMİ AÇIQLAMA
Şou Biznes
461

Azərbaycan Respublikasının Kino Agentliyinin dövlət satınalmaları üzrə müsabiqə elan etmədən 657 min manat vəsaiti "Aydəmir Entertainment"ə ayırması haqqında məlumat vermişdik.

Məsələni dəqiqləşdirmək  Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanladıq. 

Qurumdan Ajans.az-a  bildirildi ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsi satınalan təşkilat tərəfindən bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı halları müəyyən edir. Həmin Qanunun 49.1.1-ci maddəsinə əsasən, satınalan təşkilat satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər.

“ Bununla əlaqədar bildiririk ki, “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli film üzrə hüquqların bir mənbədən satın alınması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə Azərbaycan Respublikasının Kino Agentliyinin məktubu daxil olub.” deyə, agentlik açıqlayıb. 

Sonda qeyd edilib ki, “Aydəmir Entertainment” MMC tərəfindən təqdim edilmiş ssenarinin Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində fəaliyyət göstərən, aidiyyəti sahənin mütəxəssislərindən ibarət Bədii Şura tərəfindən müsbət qiymətləndirildiyini, tarixi müstəvidə hazırlanan “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin müəlliflik hüquqlarının “Aydəmir Entertainment” MMC-yə aid olduğunu, habelə film üzrə hüquqların satın alınması üçün digər satınalma metodlarından istifadə edilməsinin mümkün olmadığını nəzərə alaraq, Agentlik tərəfindən satınalan təşkilata “Aydəmir Entertainment” MMC ilə bir mənbədən müqavilə bağlanılmasına razılıq verilib.

author picture
Zərif Sofiyeva
Mövzular:
Azərbaycan Respublikasının Kino Agentliyi "Aydəmir Entertainment" 657 min manat

Digər Xəbərlər