Rusiyaya HÜCUM: Lukoil zavodunda YANĞIN
Rusiya, Komi Respublikası, Uxta şəhərində sakinlər şəhər üzərində uçan dronu videoya çəkiblər. Videolara "Hələ də neft emalı zavoduna uçur" başlığı verilib.
Ajans.az xəbər verir ki, bu məlumatı ASTRA nəşri yayıb.
Yerli sakinlərin sözlərinə görə, hücumun hədəfi Lukoil-Uxtaneftepererabotka zavodu olub.
Komi Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi Uxtaya dron hücumunu rəsmi olaraq təsdiqləyib və hadisə yerinə təcili yardım xidmətlərinin göndərildiyini bildirib.
Şəhər xəbər kanalları, təhlükəsizlik tədbirləri çərçivəsində bir sıra təhsil müəssisələrində və digər təşkilatlarda təxliyələrin aparıldığını xəbər verib. Hazırda vəziyyət nəzarət altındadır və hüquq-mühafizə orqanları hadisəni araşdırır.

Mövzular: