Reklam resmi
Reklam resmi

Sabah bu ərazilərə içməli su VERİLMƏYƏCƏK

Sabah bu ərazilərə içməli su VERİLMƏYƏCƏK
Cəmiyyət
1179

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.

Mövzular:
Su

Digər Xəbərlər