Reklam resmi
Reklam resmi

İran yeni silahların nümayişini DAYANDIRDI

İran yeni silahların nümayişini DAYANDIRDI
Dünya

İran Silahlı Qüvvələri təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən yeni silahların bütün ictimai nümayişlərini müvəqqəti olaraq ləğv edib.

Ajans.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talayıniq məlumat verib. Onun sözlərinə görə, müdafiə sahəsində əldə olunan nailiyyətlərin ictimai şəkildə təqdimatı təhlükəsizlik riskləri ilə əlaqədar dayandırılıb.

“Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən müdafiə nailiyyətlərinin ictimai nümayişlərini müvəqqəti olaraq dayandırmışıq”, – deyə Talayıniq bildirib.

Nazirlik sözçüsü əlavə edib ki, İran digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində mikroelektronika, süni intellekt və kibertexnologiyalar sahəsində inkişaf proqramlarını planlara uyğun şəkildə davam etdirir.

Talayıniqin açıqlaması İranın nüvə proqramı ətrafında Tehran və Vaşinqton arasında münasibətlərin son dövrlər gərginləşdiyi bir vaxtda səsləndirilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər