Ermənistan Rusiyanın TRIPP layihəsində iştirakını İSTİSNA EDİB
Ermənistan Rusiyanın Tramp Marşrutu (TRIPP) layihəsində iştirakını istisna edib.
Ajans.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan məlumat verib. Nazir Rusiyanın mümkün iştirakı ilə bağlı suala cavab olaraq bildirib ki, layihədə yalnız iki tərəf — ABŞ və Ermənistan iştirak edir.
“Layihədə iki tərəf var: ABŞ və Ermənistan”, — deyə Papoyan vurğulayıb.
Nazir həmçinin Ermənistan üçün hazırda maraq doğuran digər məsələyə də toxunub. Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Yerevana planlaşdırılan səfəri zamanı ABŞ prezidenti Donald Trampın daha əvvəl imzaladığı sərəncamın müzakirəsi gözlənilir.
Sözügedən sərəncam İranla ticarət edən bütün ölkələrə gömrük rüsumlarının tətbiqini nəzərdə tutur və bu məsələ Vensin səfəri çərçivəsində gündəmə gətiriləcək.
Mövzular: