Yeni baş nazir kimdir? - DOSYE
Azərbaycan Prezidentinin təqdimatı, Naxçıvan MR Ali Məclisinin qərarı ilə Cabbar Musayev yeni Baş nazir vəzifəsinə təyinat alıb.
Ajans.az -ın məlumatına görə, Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib. 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb. 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Naxçıvan MR Ali Məclisinin 9 fevral 2026-cı il tarixli qərarı ilə Baş nazir təyin edilib. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.