Reklam resmi
Reklam resmi

“Qurtuluş” işi: telefon danışıqları, deputat dəstəyi, parlamentdə ÇIXIŞLAR…

“Qurtuluş” işi: telefon danışıqları, deputat dəstəyi, parlamentdə ÇIXIŞLAR…
Cəmiyyət

Deputatlar Fazil Mustafa ilə Ceyhun Məmmədovun rəhbəri və əməkdaşı həbs olunan “Qurtuluş” Reablitasiya Mərkəzinə dəstək vermələrinə nə səbəb olub?

Hər iki deputatın Mərkəz rəhbərinə dəstəyi, Fazil Mustafanın Mərkəzə getməsi, buranın faəliyyəti barədə parlamentdə çıxış etməsi suallar doğurub.

Ceyhun Məmmədovun “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri ilıə telefon danışığında Ceyhun Salmanova necə dəstək verməsi, ona xüsusi diqqət göstərməsi öz əksini tapıb. Fazil Mustafa isə Mərkəzə getməklə bərabər parlamentdə də “Qurtuluş” Reabilitasiya Mərkəzinə diqqət ayrılmasını vacibliyini vurğulayıb.

Hər iki deputatın mərkəzə verdiyi dəstəyi reklam edən hazırda həbsdə olan Ceyhun Salmanov bununla güc nümayiş etdirir, paylaşımlarında deputatların çıxışlarını önə çəkərək onun və mərkəzin qanunsuz fəaliyyətindən söz açan mediaya təzyiq göstərməyə çalışırdı.

“Qurtuluş” Reabilitasiya Mərkəzinə xüsusi diqqət və dəstəkləri ilə seçilən deputatlar Ceyhun MəmmədovFazil Mustafadan son hadisələrə və atdıqları addımlara münasibət öyrənmək istədik.

Ajans.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirdi ki, “ O adam (Ceyhun Salmanov) kiminlə telefonla danışıbsa, hamısını səhifədə paylaşıb. Elə paylaşımların sayı çoxdur.”

Onun sözlərinə görə, həmin mərkəzə bir neçə deputat dəvət olunub, nəticədə isə Ceyhun Məmmədovla Fazil Mustafa iştirak edib.

“Qurtuluş” Reabilitasiya Mərkəzinə gedən və geniş tərkibdə görüş keçirib Mərkəzə dəstəiyini nümayiş etdirən, parlamentdə çıxışında bu məkana xüsusi yer ayıran Fazil Mustafa isə qeyd edib ki, narkomaniya ilə mübarizəyə yönlənmiş bütün tədbirlərdə iştirak etməyi özünə borc bilib. Bu tədbirlər ölkə üçün əhəmiyyət kəsb edir. 

Onun sözlərinə görə, ictimaiyyətə açıq şəxs olsa da, hansısa qurumun fəaliyyətini araşdırmaq onun səlahiyyətində deyil. 

Sitat: “ Hansısa qurum məni tədbirə dəvət edirsə, üstəlik bu cür mövzular ilə bağlı mən daim dəstəkləmişəm və həmin tədbirlərdə də çıxışlarım olub. Milli Məclisdə və digər məkanlarda dəfələrlə narkomaniya ilə mübarizə mövzusunu işıqlandırmışam.” Sitatın sonu.

 Fazil Mustafa söyləyib ki, xüsusi mərkəzlər ilə bağlı araşdırmanı müəyyən qurumlar  aparır. O ki, qaldı belə müəssisələrin iş prinsipinə fikir bildirmək, o sadəcə millət vəkili olaraq dəvət aldığını qeyd edib.

“Biz cəmiyyətə açıq insanlarıq. Onu deyim ki, bəlkə də qurumun niyyəti tamam fərqli olub. Lakin hüquqi aspektdən düzgün metodlarını tapa bilməyiblər. Ona görə də mərkəzə qarşı hansısa ittiham səsləndirməyi doğru görmürəm.” deyən Fazil Mustafa bir daha Mərkəzə dolayısı ilə dəstəyini nümayiş etdirmiş olub.

Deputat sonda qeyd edib ki, onun dini baxışları həbsdə  olan Ceyhun Salmanovla müqayisə edilə bilməz. Ümumi olaraq, o daim xurafata qarşı mübarizə aparıb. 

Burada əsas məsələ niyyətdir. Əgər, məqsəd  cəmiyyətə köməkdirsə, biz də onu dəstəkləyirik.

author picture
Zərif Sofiyeva
Mövzular:
Fazil Mustafa ilə Ceyhun Məmmədov “Qurtuluş” Reablitasiya Mərkəzi Dəstək

Digər Xəbərlər