Reklam resmi
Reklam resmi

X sosial şəbəkəsində qlobal PROBLEMLƏR YAŞANIR

X sosial şəbəkəsində qlobal PROBLEMLƏR YAŞANIR
Dünya

X sosial şəbəkəsində kütləvi texniki fasilələr yaşanır.

Ajans.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti NetBlocks məlumat yayıb.

Xidmətin açıqlamasına görə, hazırda X platformasında dünyanın bir çox ölkəsində əlçatanlıq problemləri müşahidə olunur. NetBlocks bildirib ki, nasazlıqlar qlobal xarakter daşıyır.

Qeyd olunub ki, fasilələr ABŞ Milli Futbol Liqasının final oyunu olan Super Kubok zamanı baş verib. Bununla belə, NetBlocks problemlərin ayrı-ayrı ölkələrdə internet kəsintiləri və ya platformanın bloklanması ilə əlaqəli olmadığını vurğulayıb.

X sosial şəbəkəsi Twitter Inc.-in alınması məqsədilə yaradılan ABŞ şirkəti X Corp.-a məxsusdur. Sövdələşmədən sonra platforma rebrendinq edilərək X adlandırılıb və loqotipi dəyişdirilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
X sosial şəbəkəsi ABŞ

Digər Xəbərlər