Reklam resmi
Reklam resmi

Külək güclənəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Ajans.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mövzular:
xəbərdarlıq külək

Digər Xəbərlər