Reklam resmi
Reklam resmi

Almaniyanın kansleri QƏZAYA DÜŞÜB

Almaniyanın kansleri QƏZAYA DÜŞÜB
Dünya

Almaniya kansleri Fridrix Merzi Ər-Riyad hava limanına aparan nümayəndə heyətinin karvanında yer alan mikroavtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb. Hadisə kanslerin Qətərə planlaşdırılan uçuşunun qısa müddətə gecikməsinə səbəb olub.

Ajans.az Bild qazetinə istinadən xəbər verir ki, qəza hava limanından təxminən 2,7 kilometr aralıda baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bild yazır ki, mikroavtobusun sürücüsü digər nəqliyyat vasitələri ilə toqquşmanın qarşısını almaq üçün manevr edib və avtomobili yol kənarında saxlayıb. Qəza barədə Almaniyanın Səudiyyə Ərəbistanındakı səfirliyi dərhal məlumatlandırılıb.

Hadisədən sonra Fridrix Merz və onun müşavirləri nümayəndə heyətinin digər üzvlərinin gəlməsini hava limanında gözləməli olublar. Nəticədə uçuş 15 dəqiqədən az gecikmə ilə həyata keçirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Fridrix Merz

Digər Xəbərlər