İranda qadınlara motosiklet sürməyə icazə verildi
İran hökuməti qadınlara motosiklet sürücülük vəsiqəsi almağa rəsmi icazə verib.
Ajans.az xəbər verir ki, bu barədə İLNA xəbər agentliyi məlumat yayıb. Müvafiq qərarı İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref imzalayıb.
Sənədə əsasən, ölkənin müvafiq qurumları qadınlar üçün praktik motosiklet sürücülük təlimlərinin təşkili, yol polisi nəzarəti altında imtahanların keçirilməsi və uyğun kateqoriyalar üzrə sürücülük vəsiqələrinin verilməsinə cavabdeh olacaq.
Mövzular: