Reklam resmi
Reklam resmi

Bakıda qanunsuz tikili SÖKÜLÜR- GÖRÜNTÜLƏR

Bakıda qanunsuz tikili SÖKÜLÜR- GÖRÜNTÜLƏR
Gündəm

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xocasən qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Mövzular:
bina FHN söküntü

Digər Xəbərlər