Reklam resmi
Reklam resmi

Yollarda geriyə hərəkət faciəyə SƏBƏB OLUR

Yollarda geriyə hərəkət faciəyə SƏBƏB OLUR
Cəmiyyət

Təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət və sürücü diqqətsizliyi qəzaya səbəb oldu.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib. O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. 

Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Murad Əliyev
Mövzular:
yollar hərəkət

Digər Xəbərlər