Reklam resmi
Reklam resmi

İtkin kimi axtarılan 19 yaşlı gənc TAPILDI

İtkin kimi axtarılan 19 yaşlı gənc TAPILDI
Cəmiyyət

Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Abidinov Vasif Elnur oğlunun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki,  araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.

Mövzular:
İtkin gənc axtarış

Digər Xəbərlər