Reklam resmi
Reklam resmi

Qəza 15 can ALDI- BU ÖLKƏDƏ

Qəza 15 can ALDI- BU ÖLKƏDƏ
Dünya

Braziliyanın şimal-şərqində zəvvarları daşıyan avtobus ağır qəzaya uğrayıb ən azı 15 nəfər ölüb və onlarla insan xəsarət alıb.

Ajans.az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, avtobusda təxminən 60 sərnişin olub. İlkin məlumatlara görə, o yolda aşıb, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Ölənlər arasında beş kişi, yeddi qadın və üç uşaq var. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Alaqoas ştatının hakimiyyəti üçgünlük matəm elan edib.

Mövzular:
Braziliya

Digər Xəbərlər