Reklam resmi
Reklam resmi

Saat 10-da bu ərazidə işıq KƏSİLƏCƏK

Saat 10-da bu ərazidə işıq KƏSİLƏCƏK
Cəmiyyət

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Ajans.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
Buzovna qəsəbəsi İşıq

Digər Xəbərlər