Reklam resmi
Reklam resmi

Baş Prokuror əmrlər İMZALAYIB

Baş Prokuror əmrlər İMZALAYIB
Cəmiyyət
329

 Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Ajans.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorun digər əmrilə Azərbaycan Respublikası Hərbi prokurorunun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Mövzular:
vəzifə general

Digər Xəbərlər