Reklam resmi
Reklam resmi

İran XİN Tehrandakı AB səfirlərini ÇAĞIRIB

İran XİN Tehrandakı AB səfirlərini ÇAĞIRIB
Dünya

Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH – elit hərbi birləşmə) terror təşkilatı kimi tanımasına cavab olaraq, İran Xarici İşlər Nazirliyi ölkədə akkreditə olunmuş AB-yə üzv bütün dövlətlərin səfirlərini Tehrana çağırıb.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmayıl Bəqayi məlumat verib. Onun sözlərinə görə, Tehranda səfirliyi olan bütün Avropa Birliyi ölkələrinin nümayəndələri Xarici İşlər Nazirliyinə dəvət olunub və İran İslam Respublikasının etirazı onlara yazılı şəkildə təqdim edilib.

“Bu addım minimum tədbirdir”, – deyə Bəqayi həftəlik brifinqdə bildirib. O əlavə edib ki, Tehran AB-yə qarşı digər cavab addımlarını da nəzərdən keçirir və yaxın günlərdə bu məsələlərlə bağlı yekun qərar qəbul olunacaq.

Xatırladaq ki, yanvarın 29-da Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas X sosial şəbəkəsində AB xarici işlər nazirlərinin SEPAH-ın terror təşkilatı kimi tanınması ilə bağlı “qətiyyətli addım” atdıqlarını açıqlayıb. Bu qərar İranın “Əks tədbirlər haqqında” qanununun 7-ci maddəsini avtomatik olaraq qüvvəyə mindirib. Həmin maddəyə əsasən, İran hakimiyyəti AB üzvü olan dövlətlərin silahlı qüvvələrini də terrorçu strukturlar kimi tanıyır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar ABŞ

Digər Xəbərlər