Reklam resmi
Reklam resmi

COP29 bu tarixdə yekunlaşacaq - DİQQƏT

COP29 bu tarixdə yekunlaşacaq - DİQQƏT
Gündəm
2996

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən COP-29 tədbiri nəzərdə tutulduğu kimi noyabrın 22-də başa çatmalı olsa da, tədbirin müddəti uzadılıb.

Ajans.az-ın məlumatına görə, bu gün də davam edən tədbir sabah, noyabrın 23-də yekunlaşacaq.

Tədbirin müddətinin uzadılması, gündəlikdəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin effektiv fikir mübadiləsi aparması məqsədilə qərara alınıb.

Qeyd edək ki, COP-29, iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi önəmli beynəlxalq platformadır. Tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edərək, iqlim problemlərinin həlli yollarını müzakirə edirlər.

Bakının ev sahibliyi etdiyi bu tədbir, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfə verir.

author picture
Ajansaz Muxbir
Mövzular:
COP29 Bakı Yekunlaşmaq

Digər Xəbərlər