Mobil operatorların ötən ilki qazancı AÇIQLANDI
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib.
Bu barədə Ajans.az Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur.
Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Mövzular: