Azərbaycan klublarında oynayan iranlı futbolçu HƏBS EDİLİB
İranlı futbolçu Peyman Keşavərzi hökumət əleyhinə etirazlarda iştirakına görə ölkəsində saxlanılıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, 29 yaşlı idmançı Təbrizdə İran Kəşfiyyat Nazirliyinin təhlükəsizlik işçiləri tərəfindən həbs edilib. Həbsdən sonra Keşavərzi qısa müddət ailəsi ilə telefon vasitəsilə əlaqə qura bilib.
Qeyd olunur ki, Keşavərzi əvvəllər İranın Traktor klubunda, həmçinin Azərbaycan Premyer Liqasının Sumqayıt, Kəpəz, Səbail və Karvan-Yevlax klublarında çıxış edib.
Mövzular: