Reklam resmi
Reklam resmi

ABŞ-də ölənlərin sayı 85-ə çatıb

ABŞ-də ölənlərin sayı 85-ə çatıb
Dünya

ABŞ-da donma temperaturu və şiddətli soyuq hava şəraiti nəticəsində ölənlərin sayı azı 85 nəfərə çatıb.

Ajans.az Associated Press agentliyinə istinadən xəbər verir.

Hesabatda bildirilir ki, Texasdan Nyu-Cersi ştatına qədər geniş əraziləri əhatə edən ekstremal soyuqlar səbəbindən azı 85 nəfər həyatını itirib. Ölüm hallarının təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb.

Bununla yanaşı, əlverişsiz hava şəraiti ölkənin bir sıra bölgələrində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub. Fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ fırtına

Digər Xəbərlər