Reklam resmi
Reklam resmi

Kürdəmirdə qanunsuz tikinti DAYANDIRILDI

Kürdəmirdə qanunsuz tikinti DAYANDIRILDI
Cəmiyyət

Dünən Kürdəmirdə Heydər Əliyev prospektində qanunsuz tikinti iddiası ilə bağlı xəbəri gündəmə gətirmişdik.

Şikayətdə qonşu evinin dibində qanunsuz bina tikildiyini iddiaları əks olunmuşdu. 

Bu gün isə Kürdəmir rayon İcra hakimiyyətindən məsələyə reaksiya verilib. 

Qurumdan Ajans.az-a  bildirildi ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 3, ev 30 ünvanında yerləşən, vətəndaş Cəfərov Vüqar Eldar oğluna məxsus torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən layihə üzrə tikinti işlərinə 2022-ci ildə başlanılmışdır.

Tikinti işləri zamanı aidiyyəti qurumlar tərəfindən yerində aparılmış araşdırma nəticəsində layihədən kənarlaşma faktı və qonşular arasında mübahisənin mövcudluğu müəyyən edilmiş, bu səbəbdən tikinti işləri dayandırılmışdır.   İcra hakimiyyəti açıqlayıb ki, mülki mübahisə ilə əlaqədar tərəflər məhkəməyə müraciət edib. Hazırda işə məhkəmə qaydasında baxılır.

 2022-ci ildən qeyd olunan ərazidə  tikinti işləri aparılmır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Kürdəmir rayon İcra hakimiyyəti qanunsuz tikinti iddiası

Digər Xəbərlər