Reklam resmi
Reklam resmi

Rusiyalı Trampın tanışını DÖYDÜ

Rusiyalı Trampın tanışını DÖYDÜ
Dünya

Londonda yaşayan Rusiya vətəndaşı Matvey Rumyantsev qadına yüngül bədən xəsarəti yetirməkdə və ədalət mühakiməsinə mane olmaqda təqsirli bilinib. Hökm Snaresbrook Tac Məhkəməsində ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barron Trampın da adı keçən cinayət işi üzrə çıxarılıb.

Ajans.az BBC-yə istinadən xəbər verir.

Məlumata əsasən, 22 yaşlı Rumyantsev təcavüz, qurbanı qəsdən boğmağa cəhd və daha bir təcavüz ittihamı üzrə isə günahsız hesab edilib. Prokurorluq bildirib ki, münaqişə Rumyantsevin qadınla sosial şəbəkələr vasitəsilə tanış olduğunu və onunla dostluq münasibətləri saxladığını iddia etdiyi Barron Trampa qarşı qısqanclığı fonunda yaranıb.

Medianın yazdığına görə, əvvəllər qarışıq döyüş sənətləri ilə məşğul olmuş keçmiş idmançının aqressiv davranışları barədə hüquq-mühafizə orqanlarına məhz Barron Tramp məlumat verib.

İş materiallarında qeyd olunur ki, Barron Tramp tanışı ilə videozəng zamanı fiziki zorakılıq aktının şahidi olub və bundan sonra təcili yardım nömrəsi olan 999-a zəng edərək “Tanıdığım bir qızdan zəng gəldi, onu döyürlər” deyib. O, məhkəmədə ifadə verməyib.

Polisə zəng 17-dən 18 yanvar 2025-ci il gecəsi daxil olub. Barron Tramp zərərçəkənin ünvanını təqdim edib və vəziyyəti “təcili” kimi qiymətləndirib. Polis əməkdaşları hadisə yerinə dərhal cəlb olunub. Zərərçəkən qadın ifadəsində Trampın zənginin onun həyatını xilas etdiyini bildirib.

Məhkəmə zamanı məlum olub ki, qadın və Rumyantsev təxminən altı ay münasibətdə olublar. Qadın iddia edilən təcavüz hadisələrinin 2024-cü ilin noyabrında və 2025-ci ilin yanvarında, polis müdaxiləsindən bir neçə saat əvvəl baş verdiyini deyib.

Təqsirləndirilən şəxs məhkəmədə Barron Trampa qarşı “müəyyən dərəcədə qısqanclıq hiss etdiyini” etiraf edib. Təqdim olunan sübutlara əsasən, zərərçəkən qadın son bir il ərzində Rusiya da daxil olmaqla bir neçə ölkədə yaşayıb və ABŞ-dakı qohumlarını ziyarət edib.

Ədalət mühakiməsinə mane olma ittihamı Rumyantsevin həbsdə olarkən qadını ifadəsindən imtina etməyə məcbur etmək cəhdi ilə əlaqələndirilir. Onun barəsində cəzanın növü və müddəti daha sonra açıqlanacaq.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Donald Tramp

Digər Xəbərlər