Reklam resmi
Reklam resmi

Gömrük prosesi UZADIR- vətəndaşlar cavab ALA BİLMİR…

Gömrük prosesi UZADIR- vətəndaşlar cavab ALA BİLMİR…
Cəmiyyət

Günlərdir, vətəndaşlar onlara məxsus xaricdən gələn bağlamalar haqqında məlumat əldə etmədiklərini iddia edirlər.

Ajans.az-a daxil olan şikayətdə bildirilib ki, bağlamaların statusu Dövlət Gömrük Komitəsi tərəfindən yenilənmir. 

Şirkətlər açıqlayıb ki, sifarişlər ilə bağlı hələ gömrük prosesi hələ tamamlanmayıb. Vətəndaşlara isə, gözləmək lazım olduğu deyilib. 

Artıq günlərdir ki, zənglərə “ GÖZLƏYİN” cavabı verilir.

Dəqiqləşdirmək  üçün karqo şirkətlərindən biri olan “166 KARQO” ilə əlaqə saxladıq. 

Şirkət cavabında təsdiq etdi ki, bağlamalar komitədə gözləmədədir. Problemin nə vaxt həll ediləcəyi isə Gömrük Komitəsinin daxili məsələsidir. Heç bir karqo şirkətindən asılı deyil.

author picture
Zərif Sofiyeva
Mövzular:
Dövlət Gömrük Komitəsi vətəndaşlar bağlamalar

Digər Xəbərlər