Reklam resmi
Reklam resmi

Suriya prezidenti Putinlə danışıqlar APARACAQ

Suriya prezidenti Putinlə danışıqlar APARACAQ
Dünya

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edib.

Ajans.az TASS-a istinadən xəbər verir ki, “Rossiya-24” telekanalının yayımladığı görüntülərə əsasən, Suriya liderinin təyyarəsi Moskvanın Vnukovo hava limanına enib. Əhməd əl-Şaraanı hava limanında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin qarşılayıb.

Məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Yaxın Şərqdəki aktual siyasi və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Əhməd əl-Şaraanın Rusiyaya əvvəlki işgüzar səfəri ötən ilin oktyabr ayında baş tutub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Suriya Rusiya

Digər Xəbərlər