Britaniya Baş naziri Makronu ƏLƏ SALDI
Böyük Britaniya Baş naziri Keir Starmer TikTok-da Fransa Prezidenti Emmanuel Makronu günəş eynəyi taxdığı zaman zarafatla təqlid etdiyi bir video paylaşıb.
Ajans.az xəbər verir ki,videoda Starmer “Political Party Live” şousundan bir fraqment göstərib: o, günəş eynəyi taxaraq fransızca “bonjour” sözünü tələffüz edir. Postun təsvirində isə Makronun hesabı etiketlənib və “Mənimlə danış, Qaz” yazılıb — bu, məşhur “Top Gun” filmindəki oxşar eynək motivinə istinaddır.
Xatırladaq ki, 15 yanvarda Makron Fransa Silahlı Qüvvələrinə müraciət edərkən sağ gözü iltihablandığı üçün günəş eynəyi taxmağa məcbur olmuşdu. 20 yanvarda isə o, Davosda Dünya İqtisadi Forumunda günəş eynəyi ilə görünərək ABŞ Prezidenti Donald Tramp tərəfindən “maraqlı eynəklərə sahib” olduğu qeyd edilmişdi.
Mövzular: