Reklam resmi
Reklam resmi

Nike 775 işçisini ixtisar EDİR

Nike 775 işçisini ixtisar EDİR
Dünya

Nike xərcləri azaltmaq və idman geyimləri bazarında lider mövqeyini bərpa etmək məqsədilə əsasən ABŞ-dakı distribütor mərkəzlərində çalışan 775 işçini işdən çıxarır.

Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi yanvarın 27-də mənbələrə istinadən xəbər yayıb.

Hesabatda qeyd olunur ki, son illər bazar payını rəqiblərinə itirən Nike dünyanın aparıcı idman geyimləri brendi kimi mövqeyini yenidən gücləndirməyə çalışır. Bu məqsədlə şirkət bir neçə dəfə işçi ixtisarına gedib.

Nike artıq bir neçə ildir ki, genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində işçi sayını azaldır. Belə ki, 2024-cü ilin fevralında şirkət işçi qüvvəsinin təxminən 2%-ni təşkil edən 1600-dən çox iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.

Yeni ixtisar mərhələsi əsasən ABŞ-da yerləşən distribütor obyektlərinə, xüsusilə Tennessi və Missisipidəki anbar işçilərinə təsir edəcək. Şirkət rəhbərliyi bildirir ki, məqsəd əməliyyatların mürəkkəbliyini azaltmaq, çevikliyi artırmaq, həmçinin xərclərin azaldılması və proseslərin avtomatlaşdırılmasını sürətləndirməkdir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nike işçi

Digər Xəbərlər