Avtobusda ölən həkim generalın qardaşı imiş - YENİLƏNİB
Bakıda avtobusda ölən şəxsin kimliyi bilinib.
Ajans.az unikal.az-a istinadla xəbər verir ki, sərnişin avtobusunda qəfil ölən 69 yaşlı Məhəddin Məhəmməd oğlu Aydəmirov general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Onun cərrah olduğu və uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işlədiyi bildirilir.
***
Bakıda avtobusda ölüm faktı baş verib.
Ajans.az xəbər verir ki, hadisə yanvarın 26-da Yasamal rayonunda 53 saylı xətt avtobusunda qeydə alınıb. Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhəddin Aydəmirovun infarktdan öldüyü bildirilir.
Araşdırma aparılır.(Mənbə: apa.az)
Mövzular: