Reklam resmi
Reklam resmi

ABŞ-də güclü fırtına nəticəsində ölənlərin sayı 26-ya çatıb

ABŞ-də güclü fırtına nəticəsində ölənlərin sayı 26-ya çatıb
Dünya

25–26 yanvar gecəsi ABŞ ərazisini bürüyən “Qıjı” adlı güclü qar fırtınası nəticəsində azı 26 nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki, bu barədə The New York Post (NYP) nəşri yayıb.

Bildirilib ki, ölənlər arasında xizək sürmə zamanı baş verən qəzalar nəticəsində həyatını itirən iki yeniyetmə, fırtına zamanı bardan çıxarkən həlak olan ibtidai sinif müəllimi, eləcə də Men ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində ölən yeddi nəfər var.

Fırtına ölkə üzrə ciddi fəsadlara yol açıb. Belə ki, 500 mindən çox ev elektrik enerjisiz qalıb.

Qeyd edək ki, daha əvvəl qar fırtınası ilə əlaqədar 18 ölüm hadisəsi barədə məlumat verilmişdi.

Hazırda 23 ştatda fövqəladə vəziyyət elan olunub. Sinoptiklərin proqnozlarına görə, həftə ərzində ABŞ-da qar yağışı, çovğunlar, yağışlar və şaxtalı hava şəraiti davam edəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ fırtına

Digər Xəbərlər