Reklam resmi
Reklam resmi

Sərnişinləri daşıyan nəhəng gəmi fırtınaya düşdü - ANBAAN

Sərnişinləri daşıyan nəhəng gəmi fırtınaya düşdü - ANBAAN
Dünya

“Royal Caribbean Explorer of the Seas” gəmisi güclü fırtına ilə üzləşib.

Ajans.az xəbər verir ki, bu barədə bloger Nataliya İvanova məlumat verib. O bildirib ki, gəmi tropik fırtınanın yaratdığı ağır hava şəraitinə düşüb:

“Orada üç minə yaxın sərnişin olub, onların çoxu laynerdən şəkillərini sosial şəbəkələrdə paylaşıb. Videoda yellənən gəmi, eləcə də kiçik zədələrin izləri görünür.

“Royal Caribbean” fırtınalı şəraitin gözlənilməz olduğunu və qonaqların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü açıqlayıb. Təsdiqlənmiş məlumat mənbələrinə görə, qurbanlar həm qonaqlar, həm də işçilər arasındadır.

Gəmidə olan və belə dəhşəti yaşayan hər kəsə səmimi qəlbdən başsağlığı verirəm. Mən də Royal Caribbean-da işləyərkən bir neçə dəfə fırtınaya məruz qalmışam, lakin xəsarət almamışam”.

author picture
Ajans_az Muxbir
Mövzular:
Gəmi Kruiz Qasırğa

Digər Xəbərlər