Reklam resmi
Reklam resmi

Bu internet provayderi cərimələndi

Bu internet provayderi cərimələndi
Cəmiyyət

Azərbaycanda qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.

Bu barədə  Ajans.az-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

Qeyd edilib ki, Classnet MMC-nin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub.

Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Mövzular:
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Classnet MMC

Digər Xəbərlər