Reklam resmi
Reklam resmi

Əraqçi Zelenskini “kloun” ADLANDIRDI

Əraqçi Zelenskini “kloun” ADLANDIRDI
Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidenti Vladimir Zelenskiyə sərt cavab verərək onu “təlxək”(kloun) adlandırıb.

Ajans.az xəbər verir ki, diplomat bu açıqlamanı özünün X sosial media səhifəsində yayıb.

Əraqçi bildirib: “Dünya çaşqın təlxəklərdən bezib, cənab Zelenski. Xaricdən dəstək alan və muzdlularla dolu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi bilirik və xaricilərdən kömək istəməyə ehtiyac duymuruq.”

O əlavə edib ki, Zelenskinin “korrupsioner generallarının ciblərini doldurmaq üçün Amerika və Avropa vergi ödəyicilərini aldatdığı” və buna cavab olaraq İranın “BMT Nizamnaməsini pozan qanunsuz təcavüzə” qarşı durduğu qeyd olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Abbas Əraqçi Vladimir Zelenski

Digər Xəbərlər