İranda yandırılmış Süleymaninin heykəli BƏRPA EDİLİB
İranın Qəzvin şəhərində hakimiyyət orqanları İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin öldürülmüş komandiri Qasım Süleymaninin heykəlini bərpa edib.
Ajans.az İran KİV-nə istinadən xəbər verir ki,heykəl ölkə miqyasında baş verən etiraz aksiyaları zamanı etirazçılar tərəfindən yandırılmışdı. Heykəlin bərpa prosesini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda abidənin əvvəlki yerində yenidən quraşdırıldığı görünür.
Mövzular: