Reklam resmi
Reklam resmi

Almaniya Rusiya səfirliyinin hərbi attaşesinin müavinini ölkədən ÇIXARDI

Almaniya Rusiya səfirliyinin hərbi attaşesinin müavinini ölkədən ÇIXARDI
Dünya

Almaniya hökuməti Rusiyanın Berlindəki səfirliyinin hərbi attaşesinin müavinini ölkədən çıxarıb.

Ajans.az bu barədə "Spiegel" nəşrinə istinadən xəbər verir.

Məlumatı ölkənin Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib.

"Bu gün biz Rusiya səfirini çağırdıq və ona Rusiyanın xeyrinə casusluq edən həmin şəxsin ölkədən çıxarılması barədə məlumat verdik", - deyə Almaniya XİN "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Spiegel"in məlumatına görə, hökumət bu addımı Moskvanın xeyrinə casusluqda şübhəli bilinən ukraynamənşəli yerli sakinin saxlanılmasından sonra atıb.

Mövzular:
Almaniya

Digər Xəbərlər