Azərbaycan Sülh Şurasına üzv oldu - FOTO
İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına qoşulması ilə bağlı sənəd imzalayıb.
Ajans.az xəbər verir ki, imzalanma mərasimi Davosda keçirilən Dünya İqtisadi Forumunda baş tutub. ABŞ lideri Tramp Sülh Şurasının nizamnaməsini imzalayıb və Şuranın sədri olub.
Mərasimdə Yaxın Şərq və Cənubi Amerikadan (Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina və Paraqvay) nümayəndələr, eləcə də Macarıstanın Baş naziri Viktor Orban, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdi.
Trampla birlikdə səhnədə 20-dən az ölkənin nümayəndəsi olub, amma ABŞ-ın ənənəvi Qərbi Avropa müttəfiqlərindən heç biri mərasimdə iştirak etməyib.
Mövzular: