Tramp Sülh Şurasının nizamnaməsini İMZALADI
ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən mərasimdə Sülh Şurasının nizamnaməsini imzalayıb.
Ajans.az TASS-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt sənədin imzalanmasından sonra bildirib:
“Təbrik edirəm, Prezident Tramp. Nizamnamə rəsmi olaraq qüvvəyə minib və Sülh Şurası artıq rəsmi olaraq yaradılmış beynəlxalq təşkilatdır.”
Bu addım Sülh Şurasının beynəlxalq səviyyədə fəaliyyətə başlamasını rəsmiləşdirir və təşkilatın gələcək təşəbbüsləri üçün əsas yaradır.
Mövzular: