Reklam resmi
Reklam resmi

Tanınmış aktyor VƏFAT EDİB

Tanınmış aktyor VƏFAT EDİB
Dünya
578

“Bridget Jones’s Diary” kult filmindəki rolu ilə tanınan şotlandiyalı aktyor Donald Duqlas 92 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.

Məlumata görə, filmdə cənab Darsinin atasını canlandıran Duqlas 14 yanvar tarixində dünyasını dəyişib. Aktyor qısa müddətli xəstəlikdən sonra Fransanın Albi şəhərində yerləşən xəstəxanaya yerləşdirilib. Onun ölümünə səbəb olan dəqiq diaqnoz açıqlanmayıb.

Donald Duqlas zəngin yaradıcılıq yolu ərzində 90-dan çox film və serialda rol alıb. Onun filmoqrafiyasına “The Crown”, “From Hell”, “A Bridge Too Far”, “Doctor Who”, “Puaro”, “The Avengers”, “The Fantastic Worlds of H.G. Wells” və “Sherlock Holmes” kimi məşhur layihələr daxildir.

author picture
Leyla Bayandurlu
Mövzular:
“Bridget Jones’s Diary” Donald Duqlas

Digər Xəbərlər